İspaniya İran ilə ABŞ arasında əldə olunmuş atəşkəsdən sonra Tehrandakı səfirliyin fəaliyyətinin bərpası barədə göstəriş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İspaniyanın xarici işlər naziri Albares vurğulayıb ki, ölkəsi sülh təşəbbüslərində fəal iştirak edəcək. O, jurnalistlərə açıqlamasında belə deyib:
“Tehrandakı səfirimizə vəzifəsinin icrasına qayıtması və səfirliyimizi yenidən açması barədə tapşırıq vermişəm. Eyni zamanda, mümkün olan bütün vasitələrlə, o cümlədən İranın paytaxtından da bu sülh prosesinə töhfə verəcəyik”.