EN

İsrailin Livana hücumu: 182 ölü, 890 yaralı

İsrail hücumları qurbanlarının xatirəsinə prezident sarayının üzərində dövlət bayraqları yarıya endirilib.

Redaktor.az xəbər verir ki, 8 aprel günortadan sonra İsrail ordusu Beyruta, Bekaa vadisinə və Livanın cənubuna genişmiqyaslı hava hücumları elan edib.

Livanın Səhiyyə Nazirliyi İsrailin müxtəlif bölgələrinə endirdiyi hava hücumları nəticəsində ölənlərin sayının 182-yə, yaralıların sayının isə 890-a çatdığını bildirib. "Reuters" agentliyinin məlumatına görə, ən yüksək ölüm sayı paytaxt Beyrutda qeydə alınıb – 91 nəfər.

Livan Səhiyyə Nazirliyi həmçinin 2 mart – 8 aprel tarixləri arasında ölənlərin sayının 1739-a, yaralıların sayının isə 5873-ə çatdığını açıqlayıb.

Livan, İranın dəstəklədiyi Hizbullahın İsrailə raket atmasından sonra 2 martdan bəri Yaxın Şərq müharibəsinə qarışıb. Buna cavab olaraq İsrail Livana qarşı intensiv quru və hava hücumları həyata keçirib.

Aminə ŞAHSUVARQIZI

 

Chosen
18
redaktor.az

1Sources