Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Milli komandaların yeganə məşqçisi Rəşad Eyyubovdu ki, hər toplanışdan sonra “feysbuk” hesabında hesabat verir.U-21-in çalışdırıcısı bu dəfə də Portuqaliya və Bolqarıstan ilə oyunlar haqda yazıb. “Football-plus.az” onun paylaşımını təqdim edir:
“Bu təlim-məşq toplanışı dövründə kənardan görünməyən, bir çoxuna məlum olmayan bir sıra çətinliklərlə qarşılaşdıq. Lakin həm məşqçi və inzibati heyətin, həm də futbolçuların nümayiş etdirdiyi peşəkarlıq məni xoş mənada təəccübləndirdi. İctimaiyyətin nəticələrimizi real və obyektiv qiymətləndirməsini istərdim. Mənim fikrim qətidi: oyunçularımız hər iki matçda göstərdikləri xarakter və ustalığa görə tərifə layiqdi. Əminliklə deyə bilərəm ki, Portuqaliyaya qarşı keçirdiyimiz ilk hissə çox keyfiyyətli idi. Bolqarıstanla oyunda isə qələbəyə çox yaxın idik. Görülən işə görə hər kəsə təşəkkür edirəm. Komandanın mental inkişafını aydın hiss edirik və gələcəyə böyük nikbinliklə baxırıq”.
Xatırladaq ki, U-21 son iki oyunda evdə Portuqaliyaya 0:4 uduzdu, səfərdə Bolqarıstanla qolsuz heç-heçəyə razılaşdı. MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.