EN

I sinfə qəbulda yeni qayda tətbiq olunur

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılması çərçivəsində ümumi təhsil məktəblərinin, lisey və gimnaziyaların I sinfinə elektron sənəd qəbulu prosesi və fiziki şəxslərin gəlir vergisi bəyanı ilə bağlı yeni mərhələlər müəyyənləşdirilib.

Gununsesi.info  xəbər verir ki, I sinfə qəbul xidmətinin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) ilə inteqrasiyasının 2026-cı il mayın 1-nə qədər təmin edilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində xidmətin mövcud iş axını mayın 20-nə qədər təqdim ediləcək.

Bundan əlavə, təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının hazırlanaraq iyunun 13-nə qədər razılaşdırılması planlaşdırılır. Xidmətin iyunun 10-na qədər “mygov” platforması üzərindən istifadəyə verilməsi (istismar mühitində) nəzərdə tutulur.

Layihənin icrasında Elm və Təhsil Nazirliyi ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi iştirak edir.

Eyni zamanda fiziki şəxslərin gəlir vergisi bəyanı xidmətinin də rəqəmsallaşdırılması istiqamətində addımlar atılır. Belə ki, bu xidmətin də EHİS-ə inteqrasiyasının 2026-cı il oktyabrın 1-nə qədər təmin edilməsi planlaşdırılır.

Bu istiqamətdə işləri İqtisadiyyat Nazirliyi həyata keçirəcək. (“Report”)

Gununsesi.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
44
17
icma.az

10Sources