EN

“Qanundan qaçmaq toxunulmazlıq vermir” Deputatdan mesaj

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Gürcüstanda yaşayan azərbaycanlı jurnalist Əfqan Sadıqov bir neçə gün əvvəl Azərbaycana deportasiya edildi. 

Onun haqqında deportasiya edilməsi bağlı ləğv qərarı olsa da, Gürcüstan hökumətinin bu addımı Azərbaycan ictimai-siytasi mühitində birmənalı qarşılanmadı. 

Xaıtladaq ki, Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovu Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsində (sosial şəbəkədə polis əməkdaşını təhqir etmə) nəzərdə tutulmuş əməli törətdiyinə görə qanun pozucusu kimi tanıyıb.

Məhkəmənin qərarı ilə Əfqan Sadıqov 2 min lari məbləğində cərimə olunub, Gürcüstandan deportasiya edilib və onun 3 il müddətinə ölkəyə girişinə qadağa qoyulub.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Elnarə Akimova Gununsesi.info-ya danışıb.

O bildirib ki, burada söhbət təkcə bir şəxsdən yox, dövlətin hüquqi suverenliyindən, qanunun aliliyindən və ictimai məsuliyyətdən gedir. Gürcüstanın verdiyi qərar tam hüquqi çərçivədədir və bu, heç bir siyasi manipulyasiyaya açıq mövzu deyil. Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovu Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə sosial şəbəkədə polis əməkdaşını təhqir etdiyinə görə qanun pozucusu kimi tanıyıb. Məhkəmə onu 2 min lari cərimələyib, ölkədən deportasiya edib və 3 il müddətinə girişinə qadağa qoyub. Bu, hüquqi dövlətdə tamamilə normal və legitim qərardır.

Unutmayaq ki, söhbət sıradan bir “jurnalist fəaliyyəti”ndən getmir. “Azel TV”nin rəhbəri olmuş Ə.Sadıqov bundan əvvəl də hədə-qorxu ilə tələb etmə kimi ağır ittihamla məhkum olunmuş şəxsdir. Bu faktın özü onun fəaliyyətinin mahiyyətini açıq şəkildə ortaya qoyur. Və ən diqqətçəkən məqam: Bakıya deportasiya edildikdən sonra belə saxlanılmayıb. Bu da göstərir ki, məsələni bilərəkdən şişirtmək, onu “siyasi təqib” kimi təqdim etmək cəhdləri reallıqdan uzaqdır”, – deyə o bildirib.

Akimova eyni zamanda qeyd edib:

“İndi isə əsas məsələyə – xaricdə oturub özünü “jurnalist” və ya “bloger” adlandıran, lakin faktiki olaraq dövlətə qarşı qarayaxma kampaniyası aparan, təhqir, böhtan və şantajla məşğul olan şəxslərə gələk. Əgər bu şəxslər barəsində məhkəmə tərəfindən qiyabi həbs qərarı çıxarılıbsa və onlar beynəlxalq axtarışa verilibsə, bu artıq fərdi fikir azadlığı məsələsi deyil. Bu, konkret hüquqi məsuliyyət məsələsidir. Qanundan qaçaraq başqa ölkələrdə gizlənmək heç kimi toxunulmaz etmir. Əksinə, bu, günahın etirafıdır. Dövlətin borcu nədir? Açıq və prinsipial olmaq: kim qanunu pozubsa, harada olmasından asılı olmayaraq məsuliyyətə cəlb olunmalıdır. Bu, nə “siyasi sifariş”dir, nə də “təzyiq” – bu, hüququn tələbidir. Bəzi dairələr isə məqsədli şəkildə bu mövzunu təhrif edir. Onlar cinayətlə ifadə azadlığını qarışdırır, məsuliyyətsizliyi “mübarizə” kimi təqdim edir. Amma cəmiyyət artıq bunu görür və fərqləndirə bilir: jurnalistika ilə şantaj, fikir azadlığı ilə təhqir , tənqid ilə böhtan eyni deyil. Xaricdə gizlənərək dövlətə qarşı fəaliyyət göstərənlər bilməlidir: hüquq gec-tez onları tapır. Beynəlxalq hüquq mexanizmləri də məhz bunun üçün mövcuddur. Əgər bir şəxs beynəlxalq axtarışdadırsa, onun “siyasi sığınacaq” pərdəsi arxasında gizlənməsi sonsuz deyil. Sonda isə bir həqiqəti açıq demək lazımdır. Dövlət zəif olanda yox, güclü olanda qanunu tətbiq edir. Və qanun hamı üçün eyni işləməlidir: istər ölkə daxilində, istərsə də xaricdə olanlar üçün.

Kim qanun qarşısında cavab verməlidirsə, verməlidir. Bunun alternativi yoxdur”.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
icma.az

1Sources