EN

Goldman Sachs: Neftin qiymətində risklər yüksəlir

BAKI, 9 aprel. TELEQRAF

Hörmüz boğazı daha bir ay bağlı qalasa, "Brent" markalı xam neftin qiyməti 2026-cı il ərzində orta hesabla bir barel üçün 100 dollardan yuxarı olacaq.

Teleqraf xəbər verir ki, bu barədə "Goldman Sachs"ın proqnozunda bildirilir.

Qurumun analitiklərinə görə, qiymət proqnozlarına qarşı risklər yuxarıya doğru əyilib.

Qlobal neft bazarı hələ də Hörmüz boğazı ətrafında yaranan konfiliktlərin təsirindədir.Tehran və Vaşinqton atəşkəs müqabilində keçidi yenidən açmaq barədə razılığa gəldiklərini desələr də, konkret hansı məsələlərdə razılığa gəlindiyinə dair məlumat yoxdur.

"Goldman"ın hazırkı baza ssenarisinə görə, boğazdan enerji axını bu həftəsonundan artmağa başlayacaq.Bu ssenaridə "Brent" markalı neftin üçüncü rübdə orta hesabla 82 dollar, dördüncü rübdə isə 80 dollar olacağı gözlənilir.

Bankın sözdə "mənfi proqnozuna" görə, son proseslər və boğazın 1 ay bağlı qalması daxil olmaqla, ilin ikinci yarısında "Brent" neftinin qiyməti orta hesabla 100 dollardan yuxarı olacaq.

Bundan əvvəlki ssenaridə qurum boğazın uzun müddət bağlı olacağı təqdirdə "Brent" neftinin barrelinin 120 dollar, dördüncü rübdə isə 115 dollar gözləyirdi.

Xatırladaq ki, atəşkəs elanından sonra Brent nefti 13 faiz dəyər itirib. Fyuçerslər barrel üçün 97 dollar ətrafında ticarət olunub.

Chosen
22
teleqraf.com

1Sources