EN

"PAŞA Həyat Sığorta" maliyyə vəziyyətini açıqlayıb

"PAŞA Həyat Sığorta" ASC 2025-ci ili 61,988 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 10 % çoxdur.

Ötən il "PAŞA Həyat Sığorta"nın vergiyəqədərki mənfəəti 79,73 milyon manat (əvvəlki ilə nisbətən 10,5 % çox), mənfəət vergisi ödəmələri isə 17,742 milyon manat (12,6 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "PAŞA Həyat Sığorta"nın aktivləri 798,496 milyon manat olub ki, bu da illik müqayisədə 0,6 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 1,1 % artaraq 690,159 milyon manata çatıb, balans kapitalı isə 2 % azalaraq 108,337 milyon manata düşüb.

Xatırladaq ki, "PAŞA Həyat Sığorta" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Chosen
5
3
far.az

6Sources