EN

Rusiyada miqrantlar üçün “QIRMIZI XƏTT”: Deportasiya əsasları iki dəfə ARTIRILIR

Rusiyada miqrantların ölkədən çıxarılması üçün əsasların sayı iki dəfə artırılacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin məlumat yayıb.

Rusiya Dövlət Duması miqrantların ölkədən deportasiya edilməsi üçün nəzərdə tutulan əsasların siyahısını iki dəfə genişləndirməyə hazırlaşır.

Volodinin sözlərinə görə, Dövlət Dumasının Şurası aprelin 13-də bu yeni qanun layihəsinin müzakirəsinə başlayacaq.

Yeni qaydalara əsasən, xarici vətəndaşlar aşağıdakı əməllərə görə ölkədən çıxarıla bilərlər:

  • İcazəsiz mitinqlərdə iştirak etmək;

  • Rusiya silahlı qüvvələrini gözdən salmaq (diskreditasiya etmək);

  • Rusiyaya və onun vətəndaşlarına qarşı sanksiya təzyiqlərinə çağırışlar etmək;

  • Rusiyanın ərazi bütövlüyünü pozan hərəkətlərə ictimai şəkildə çağırış etmək.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
12
interpress.az

1Sources