EN

Fərdi evlər, binalar minimum 7 9 bal zəlzələyə tab gətirəcək şəkildə tikilməlidir Seysmoloqdan ÇAĞIRIŞ

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Son 2 gündə Xəzər dənizində 5 dəfə zəlzələ qeydə alınıb.

Bəs zəlzələyə səbəb nədir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında seysmoloq alim Ənvər Əliyev bildirdi ki, Xəzər dənizində zəlzələlərin baş verməsi normal haldır. Onun sözlərinə görə, bu, ərazinin təbii xüsusiyyətindən irəli gəlir:

"Orta səviyyəli zəlzələlərin olması adi haldır. Lakin gələcəkdə necə olacağı ilə bağlı konkret fikir bildirmək çətindir. Səbəb məlumdur: bu ərazi seysmik zonada yerləşir. Seysmik zonanın mahiyyəti ondan ibarətdir ki, burada istənilən vaxt zəlzələ baş verə bilər. Bu aksiomadır. Dünya üzrə üç əsas seysmik zonadan birində yaşayırıq. Həmçinin Fransanın şimalından İndoneziyaya qədər uzanan geniş ərazi də bu zonaya daxildir. Bu bölgələrdə seysmik hadisələrin baş verməsi tam normaldır və ərazinin geoloji xüsusiyyətləri ilə bağlıdır".

Ekspert qeyd etdi ki, güclü zəlzələlərin nə vaxt baş verəcəyini isə dəqiq demək mümkün deyil.

"Bu hadisə istənilən anda baş verə bilər: danışdığımız vaxtda da, bir ay sonra da, hətta 50 ildən sonra da. Əsas zəlzələ, məsələn 5,3 bal gücündə olan təkan əsas ocaq sayılır. Ondan sonra baş verən xırda təkanlar isə “aftoşoklar” adlanır. Aftoşoklar əsas zəlzələdən sonra yaranan nisbətən zəif seysmik dalğalardır.

Bu prosesi belə izah etmək olar: iki böyük quru sahəsi bir-biri ilə toqquşur. Bu toqquşma zamanı qəfil boşalma nəticəsində 5–6 bal gücündə zəlzələ baş verir. Sonra isə həmin sahələr hərəkətdə qalır və bu hərəkət nəticəsində daha kiçik təkanlar yaranır. Bu xırda təkanlara aftoşoklar deyilir. Bu səbəbdən zəlzələnin yenidən olub-olmayacağını və ya daha güclü baş verəcəyini dəqiq demək mümkün deyil. Mövcud vəziyyət bu şəkildə davam edir. Ola bilər ki, başqa ərazilərdə də zəlzələlər baş versin. Ümumilikdə yerləşdiyimiz əraziyə görə zəlzələlərin olması tam qanunauyğundur və bu, ciddi narahatlıq doğurmamalıdır. Əsas məsələ tikinti sahəsi ilə bağlıdır. Quruda aparılan tikinti işləri elə həyata keçirilməlidir ki, binalar güclü zəlzələlərə davamlı olsun. İstər fərdi evlər, istər məktəblər, istərsə də hündürmərtəbəli binalar minimum 7–9 bal gücündə zəlzələlərə tab gətirəcək şəkildə inşa olunmalıdır", - deyə Ə.Əliyev vurğuladı.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
1
redaktor.az

2Sources