EN

"İranda məsuliyyəti üstünə götürə biləcək lider yoxdur" -Konfliktoloq

"Ötən gün ABŞ və İran arasında əldə olunan atəşkəs alqışlanacaq bir təşəbbüs idi. Axşam isə məlumat verildi ki, atəşkəs pozulub. Bu da sülhə olan ümidləri xeyli dərəcədə azaltdı".

Bunu Redaktor.az-a açıqlamasında konfliktologiya üzrə fəlsəfə doktoru, konfliktoloq Kərəm Məmmədov ABŞ-İran arasında atəşkəsin pozulmasından və İslamabadda tərəflər arasında baş tutacaq görüşdən danışarkən bildirdi.

"ABŞ Prezidenti Donald Tramp əvvəllər deyirdi ki, biz İranla danışqlar aparırıq. İran rəsmiləri tərəfindən isə bildirilirdi ki, danışıqlar aparılmır. Ola bilsin ki, İranda qeyri-rəsmi adamlarla danışıqlar aparırlar və İranda rejim dəyişikliyini hazırlayırlar", - deyə o qeyd etdi.

K.Məmmədov İslamabadda keçiriləcək danışıqlardan gözləntisinin nə olduğundan da danışdı:

"Görüşdən nəticə əldə olunmasının şansı 50-50-dir. Tam şəkildə hansısa nəticənin əldə olunacağına inanmıram. Dünən atəşkəs elan olundu və pozuldu. Tramp özü hər dəfə bir bəyanat verir. İranda isə hakimiyyət iflic vəziyyətdədir. Əsas məsələ bütün məsuliyyətin götürülməsidir. ABŞ-nin bəli, qeyri-normal prezidenti var. Amma İranda tam məsuliyyəti üstünə götürə biləcək bir lider yoxdur".

Aytəkin TOFİQQIZI

Chosen
14
1
redaktor.az

2Sources