EN

ABŞ-da Ukraynadakı döyüşlərdə həlak olan muzdluların yeni məzarları aşkar edilib

ABŞ-da Kiyev tərəfində döyüşən İraq və Əfqanıstan müharibə veteranları olan amerikalı muzdluların yeni məzarları aşkar edilib.

Herbiand.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

Onların arasında Pensilvaniya ştatından olan Kori Navrotski var. O, təxminən 20 il Dəniz Piyadaları Korpusunda xidmət edib və İraq, Əfqanıstan, Küveytdəki əməliyyatlarda iştirak edib. Navrotski 2024-cü ilin oktyabr ayının sonlarında Ukrayna diversiya-kəşfiyyat qrupunun Bryansk bölgəsinə sızmaq cəhdi zamanı öldürülüb. Pensilvaniya nümayəndələr palatasının üzvı Stiven Malaqari daha sonra 2025-ci ilin iyul ayında hadisənin səbəblərini açıqlayıb. Bu məlumatlar CNN və digər media orqanları tərəfindən də təsdiqlənib. Kori Navrotski Vaşinqtondakı Arlinqton qəbiristanlığında dəfn olunub.

Vəfat edən digər şəxs Texas ştatından olan Erik Qiqqlmendır. O, 2013-cü ildən 2021-ci ilə qədər ABŞ ordusunda xidmət edib və iki dəfə Əfqanıstana göndərilib. 2022-ci ilin yazında Ukrayna qüvvələrinə qoşulub. Qiqqlmenin 2025-ci ilin noyabr ayında Zaporojye bölgəsində öldürüldüyü və daha sonra vətənində dəfn edildiyi bildirilir.

Ukraynadakı döyüşlərdə ölənlər arasında Oreqon ştatının milli qvardiyasının keçmiş üzvü Kruz Maykl Brayanın da adı çəkilir. Onun xidmət müddəti 14 il olub, İraq və Əfqanıstandakı əməliyyatlarda iştirak edib. Brayan 2024-cü ilin iyun ayında Ukraynaya gedib və həmin ilin iyul ayında artilleriya hücumu nəticəsində həlak olub. O da ABŞ-da dəfn edilib.

Bəxtiyar CƏFƏRLİ

Chosen
47
50
herbiand.az

10Sources