EN

Paşinyan Putinlə bağlı iddianı təkzib etdi, müəmmalı tarix açıqladı

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“Rusiyaya səfərim zamanı Prezident Vladimir Putinlə pərdəarxası görüşüm olmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

Baş nazirin sözlərinə görə, sadəcə işgüzar nahar təşkil olunub, Putinlə mətbuata açıq görüş keçirilib və mehribancasına danışqlar aparılıb:

“Səfəri çox uğurlu kimi qiymətləndirirəm, hər kəs öz dəyərləndirməsini etməkdə sərbəstdir. Vladimir Putinlə gələcək görüşlərimiz barədə də razılığa gəldik. İyunun ikinci yarısında yüksək səviyyəli görüş keçiriləcək”.

Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
44
globalinfo.az

1Sources