EN

Azərbaycanda peşə məktəblərinə maraq artıb Təhsil eksperti

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Bu gün Azərbaycanda texniki-peşə məktəblərinə diqqət artıb. Azərbaycanda peşə təhsilinə kifayət qədər investisiya yatırılıb, yeni infrastruktur qurulub. Orada yaxşı təhsil alıb fərqlənənlər universitetlərə subbakalavr dərəcəsi ilə imtahansız qəbul oluna bilirlər. Bu sahədə çoxlu həvəsləndirici şərtlər mövcuddur”.

Bunu təhsil eksperti Məzahir Məmmədli 525.az-a söyləyib. Ekspert qeyd edib ki, universitetə maraq göstərməyən uşaqlar 9-cu sinifdən sonra gedib peşə məktəblərində təhsil ala bilərlər:

“Əgər şagird özünü doğruldursa, həm əmək bazarında tez bir zamanda yaxşı iş tapa bilər, həm də ali təhsil müəssisəsinə imtahansız qəbul oluna bilər, əgər müvəffəqiyyətlə oxuya biləcəksə. Əlbəttə ki, bu kimi hallar çox vaxt problemləri olan ailələrin uşaqlarında müşahidə olunur. Həmçinin övladına vaxt ayıra bilməyən valideynlərin də bu cür problemlərlə qarşılaşması mümkündür. Ona görə də belə desək, cəmiyyət övladlarımızı bizdən daha tez tərbiyə edir. Belə bir ifadə var və bu, təcrübədə də özünü göstərir”.

Sevinc Qarayeva

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
525.az

1Sources