EN

Hava kəskin pisləşir - PROQNOZ

Aprelin 10-da Azərbaycanın şəhər və rayonlarında gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti gözlənilir, arabir tutulacağı, lakin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10° isti, gündüz isə 14-17° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət isə 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı hava şəraiti gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Axşam saatlarına doğru yağıntılar tədricən kəsiləcək, bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 17-22° isti, dağlarda isə gecə 1-6° isti, gündüz 10-15° isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında bəzi yerlərdə fasilələrlə yağıntılı hava şəraiti gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Arabir duman müşahidə olunacaq, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli və Ağdam rayonlarında, həmçinin Daşkəsən-Gədəbəy və Göygöl ərazilərində dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə yağıntılı hava şəraiti gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi və dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam saatlarında yağıntılar tədricən kəsiləcək, arabir duman müşahidə olunacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti olacaq.

Şərqi Zəngəzur, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan ərazilərində əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin dağlıq ərazilərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi və qar yağacağı ehtimalı var. Arabir duman müşahidə olunacaq, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, dağlıq ərazilərdə 1°-dək şaxta, gündüz isə 10-15° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalan rayonlarında bəzi yerlərdə arabir yağıntılı hava şəraiti gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi və dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək, arabir duman müşahidə olunacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-18° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı hava şəraiti gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi və dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman müşahidə olunacaq, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti, dağlarda isə gecə 0-3° isti, gündüz 3-8° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçala rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir duman müşahidə olunacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 17-22° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabad rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman müşahidə olunacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-21° isti, dağlarda isə gecə 6-8° isti, gündüz 10-15° isti olacaq.


Telegram kanalımız
Chosen
49
49
yenisabah.az

10Sources