EN

Mədəniyyət Nazirliyi tədbir və digər proqramlarda istifadə olunacaq çadırları icarəyə götürə bilmir

Mədəniyyət Nazirliyinin tabeliyində olan “Əsaslı Tikinti və Təchizat” MMC tədbir və digər proqramlarda istifadə olunacaq çadırların icarəsi ilə əlaqədar elan etdiyi 195 057 manatlıq tender ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

 

Səbəb isə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

 

Qurum yenidən tender keçirməyi planlaşdırır.

 

Cabir

Tarix: 9 Aprel 2026, 14:16   
Chosen
18
pravda.az

1Sources