"Bundan sonra qarşımızda duran əsas vəzifələrdən biri Respublika Xatirə Kitabı Redaksiyasının gələcəkdə görüləcək işlərə daha məsuliyyətlə yanaşmasıdır. Redaksiya Birinci Qarabağ müharibəsində həlak olmuş şəxslərin adlarının əbədiləşdirilməsi istiqamətində yeni layihə hazırlayıb, bu işi gələcək nəsillərə ötürmək, kitabın gələcək uğurunu, gələcək taleyini müəyyənləşdirmək istiqamətində atılacaq addımlara prioritet yanaşır". Bu fikirləri Sumqayıt Dövlət Dram Teatrında keçirilən "44 gün – Tarixi zəfər" adlı çoxcildliyin IV cildinin təqdimatında Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova bildirib. İradə SARIYEVA Sumqayıt