EN

Lənkəranda ağac avtomobilin üstünə aşıb, xəsarət alanlar var

Lənkəranda ağac avtomobilin üstünə aşıb, xəsarət alanlar var.

"Rport"un cənub bürosunun məlumatına görə hadisə Ələt-Astara magistralında, rayonunun Parakənd kəndi ərazisində baş verib. Belə ki, Astara rayonunun Təngərüd kənd sakini 1967-ci il təvəllüdlü Dəmir Sərvaz oğlu Müzəffərovun idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi ilə Lənkəran rayonu istiqamətində hərəkətdə olarkən, Parakənd kəndi ərazisində yol kənarında çürümüş ağac aşaraq nəqliyyat vasitəsinin üstünə aşıb. Nəticədə avtomobildə sərnişin qismində olan sürücünün qızı 1988-ci il təvəllüdlü Nüşabə Dəmir qızı Müzəffərova və qızın qaynanası 1960-ci il təvəllüdlü Təzəgül Sabir qızı Babayeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
9
13
ekologiya.az

10Sources