EN

Ehtiram Quliyev bu çıxışına görə cərimələndi 15000 manat (VİDEO)

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

“Turan Tovuz” klubu cərimələnib.

Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna Azərbaycan Kubokunun yarımfinalında “Zirə” ilə ilk görüşdə Tovuz təmsilçisinin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirilməsi səbəb olub. Komanda bu hadisəyə görə 5000 manat cərimələnib.

Həmçinin, oyundan sonra klubun idarə heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə klub əlavə olaraq 15000 manat cərimə olunub.

Xatırladaq ki, “Turan Tovuz” “Zirə”yə 0:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Ehtiram Quliyev Azərbaycan kubokunun yarımfinalının ilk görüşündə “Zirə”yə 0:2 hesablı məğlubiyyətdən sonra qalmaqallı açıqlamalar vermişdi. O, 2 penaltilərini verməyən baş hakim Əliyar Ağayev haqqında danışmışdı:

“Suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq. Suyu uzanaraq içsinlər, haqqımızı içməsinlər. 1 il boyu əziyyətimizi gəlib 1 gündə yerə vurulur. Əliyarın “Turan”nın oyunlarına təyinatından biz belə halları gözləyirdik. Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun. Futbolda bəzi şeylər dəyişməlidir. Bunlar dilə gətirilməlidir. Biz səssiz qaldıqca, Əliyargillər belə oyun idarə edəcək, futbolumuzu yaman günə qoyacaq. Azərbaycan futbolunun Əliyargillərdən canı qurtarmalıdır” – deyə klub rəhbəri açıqlamasında bildirmişdi.

  Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
7
azpolitika.info

6Sources