EN

Uşaqlara ən çox qoyulan adlar açıqlanıb

Mart ayı ərzində uşaqlara ən çox qoyulan adlar açıqlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Ədliyyə Nazirliyindən Trend-in sorğsuauna cavab olaraq bildirilib ki, mart ayı ərzində doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub.

Belə ki, ötən ay 99 uşağa bu ad verilib. Qızlara isə ən çox qoyulana ad Melisa adı olub. Mart ayı ərzində 83 uşağa Melisa adı qoyulub.

Adlarla bağlı ilk onluq belədir:

Oğlanlar : Uğur (99), Raul(82), Əli(72), Hüseyn(72), Miran(62), Yusif (55), Murad(48), Ömər(47), Ayaz(47), Fateh(41).

Qızlar: Melisa(83), Aylin(75), Nilay(72), Zəhra(70), İnci(66), Zeynəb(64), Məryəm(62), Alisa(62), Ayla(62) və Miray(50) adları qoyulub.

Chosen
21
1
xezerxeber.az

2Sources