EN

Tamerlan Qarayev Bakıya gəldi – FOTOLAR

Tamerlan Qarayev Bakıya gəldi – FOTOLAR

Litvanın Baş naziri İnqa Ruqiniene Azərbaycanda rəsmi səfərdədir. Baş nazir aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olduqdan sonra Şəhidlər xiyabanını ziyarət edib.

AFN.az xəbər verir ki, həm Prezident qəbulunda, həm də Şəhidlər xiyabanını ziyarəti zamanı litvalı baş naziri Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev müşayiət edib.

Qeyd edək ki, 1952-ci il təvəllüdlü hüquq elmləri doktoru Tamerlan Qarayev 1993-cü ildən diplomatik xidmətdədir. O, 1988-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin üzvü, 1990-1992-ci illərdə isə Ali Məclisin sədri olub. Tamerlan Qarayev 1991-1993-cü illərdə Milli Məclis sədrinin müavini, daha sonra isə birinci müavini vəzifələrində çalışıb.

1993-cü ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi alan T.Qarayevin zəngin diplomatik fəaliyyəti var. O, 1993-2001-ci illərdə Azərbaycanın Çindəki, 2004-2011-ci illərdə Hindistandakı (eyni zamanda Nepal, Şri Lanka, Banqladeş və Maldivdə) səfiri olub. Daha sonra 2011-2018-ci illərdə Azərbaycanın İndoneziyadakı diplomatik korpusuna rəhbərlik edib, Sinqapur, Filippin və Timor-Lestedə ölkəmizi təmsil edib.

Tamerlan Qarayev 13 dekabr 2018-ci il tarixindən Azərbaycanın Litvada fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyətini davam etdirir.

Chosen
20
13
afn.az

10Sources