EN

"Karvan-Yevlax" - "Kəpəz" matçının hakimləri açıqlanıb

Bakı, 9 aprel, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun “Karvan-Yevlax” – “Kəpəz” oyununa hakim təyinatları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, qarşılaşma Nicat İsmayıllıya tapşırılıb. Ona Zeynal Zeynalov, Gülnurə Əkbərzadə və Ruslan Quliyev kömək edəcəklər.

VAR hakimi Emin Əliyev, köməkçisi isə Elçin Məsiyev olacaq.

Aprelin 10-da Yevlax şəhər stadionunda keçiriləcək görüş saat 15:30-da başlayacaq.

Chosen
25
3
azertag.az

4Sources