EN

Türkiyəli məşhur müğənni saxlanılıb

Türkiyəli müğənni Yusuf Güney polis əməkdaşları tərəfindən saxlanılıb.

Hakimiyyet.az "Haber Global"a istinadla xəbər verir ki, o, bir rəqəmsal platformada yayımlanan proqramda Ayahuasca adlı çay haqqında danışaraq bu içkini müsbət şəkildə təqdim edib.

Araşdırma zamanı müəyyən edilib ki, həmin çayın tərkibində DMT adlı maddə var və bu maddə qanunla qadağan olunub.

İstintaq tədbirləri davam edir.

Həmidə İbrahimova

Chosen
16
2
hakimiyyet.az

3Sources