EN

Azərbaycanda bu şəxslərin maaşı artırılır

"Baş nazir “Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 626 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə Sərəncam imzalayıb".

Bunu "Unikal"a açıqlamasında deputat vüqar Bayramov deyib. O bildirib ki, sərəncamla Prezident Fərmanının icrası ilə bağlı hökumət tərəfindən həyata keçirilməli məsələlər müəyyənləşib:

"Profil dövlət qurumları qarşısında Fərmanın icrası ilə bağlı konkret müddətlər müəyyənləşib. Azərbaycan Prezidenti tərəfindən imzalanmış sənədə əsasən, dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün 1170 manat, yardımçı vəzifələr üçün 760 manat müəyyən edilir. Sənədlə inzibati vəzifələr üzrə 35 ödəniş səviyyəsi, yardımçı vəzifələr üzrə isə 17 ödəniş səviyyəsi müəyyənləşir.

Dövlət qurumlarında bu ödəniş səviyyələri üzrə çalışan vətəndaşlarımızın maaşları uyğunlaşdırılaraq artırılır. Bu eyni zamanda o deməkdir ki, vəzifə maaşları inzibati vəzifələr üzrə 1170, yardımçı vəzifələr üzrə isə 760 manatdan az olmayacaq. Bu isə bu vəzifələrdə çalışan nisbətən az maaş alan vətəndaşlarımızın əməkhaqqılarının artmasına imkan verəcək. Bütövlükdə, son sənədlə dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşlarının artırılması reallaşacaq ki, bu da sosial müdafiə tədbirlərinin daha da güclənməsinə imkan verəcək".

Anar Kəlbiyev

Chosen
20
13
unikal.az

10Sources