EN

Onlar da YAP üzvü oldular - FOTOLAR

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti 152” ərazi partiya təşkilatında görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini Zaur Ələkbərov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, rayon təşkilatının “Heydər Əliyev prospekti 152” ərazi partiya təşkilatının sədri Əhməd Talıbov və başqaları çıxış ediblər.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən və bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə uğurla fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında keyfiyyətcə yeni mərhələnin əsasını qoyub.

Qeyd edilib ki, müstəqil Azərbaycan Respublikasının əldə etdiyi uğurlar və nailiyyətlər dərin siyasi uzaqgörənlik, möhkəm ideoloji təməl və xalqın milli iradəsinə əsaslanan praqmatik inkişaf strategiyasının nəticəsidir.

Əlavə edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regional və qlobal əhəmiyyəti daha da artıb, ölkəmiz Avrasiyasiya geosiyasi məkanında açar dövlətlərdən birinə çevrilib.

Görüşün sonunda YAP sıralarına yeni qəbul olunan bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub.

Chosen
25
unikal.az

1Sources