EN

İran müharibəsi Ermənistanın xeyrinədir - Tavadyan

Fars körfəzi ölkələri ətrafında yaranmış vəziyyət müəyyən dərəcədə Ermənistan üçün faydalıdır, çünki maliyyə kapitalının aktiv axını müşahidə olunur və bu kapitalın bir hissəsi ölkəmizə gəlir.

Turkustan.az xəbər verir ki, bunu erməni iqtisadçı Ağasi Tavadyan deyib.

Onun sözlərinə görə, bundan xüsusilə bank sektoru faydalanır:

“Bununla belə, risklər də mövcuddur. Elə ölkələr var ki, orada neft, benzin və digər yanacaq növlərinin qiymətləri cəmi 40 gün ərzində 1,5-2 dəfə artıb”.

İqtisadçı gübrə qiymətlərinin artması riskinə də diqqət çəkib:

“Bütün gübrələrin təxminən 1/3 hissəsi Fars körfəzi vasitəsilə daşınır və çatdırılır. Bu cür qiymət artımları və çatışmazlıqlar sadəcə qlobal qıtlığa səbəb ola bilər”. /axar.az/

Chosen
4
1
turkustan.az

2Sources