EN

Yanar Dağda AZZA-nın adı hallanan qanunsuz tikintini KİM APARIR?

Bəs görülən işlər qanunidir? Məsələ ilə bağlı Ajans.az Abşeron rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb.   Abşeron rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki,  məsələ ilə bağlı araşdırma aparılıb. Görülən qazıntı  işləri Yanar Dağ ərazisinə daxil deyil.  Belə ki, vətəndaş Bayramova Hənifə Əlihəsən qızına mülkiyyətində olan 80 sot yaşayış məntəqələri torpaqlarında hazırda mövcud olan qeyri-yaşayış sahəsinin - anbar və ofis binasının yenidən qurulması işlərinin aparılması aşkar olunmuşdur. Lakin deyilib ki, vətəndaş Hənifə Bayramova tərəfindən də Tikintilərin Dövlət Reyestrinə tikinti icazəsinin alınması ilə bağlı müraciət olunmuşdur. Müraciətinə hansısa cavabın gəlməsi ilə bağlı isə informasiya verilməyib. Daha sonra mövzuya aydınlıq gətirməsi üçün “Azza” ilə də əlaqə saxladıq. 

Şirkətin səlahiyyətli nümayəndəsi bizə bildirdi ki, yayılan görüntülərdən xəbərdardırlar. Digah qəsəbəsində Azza-ya məxsus heç bir tikinti işləri aparılmır. Şirkətin ofisi Abşeron rayonunun Xırdalan şəhəri (sənaye zonası) ərazisində yerləşir.  Qeyd olunan ərazidə heç bir obyekt fəaliyyət göstərmir.

Chosen
18
Ajans.az

1Sources