EN

Albaniyadan zəng edərək, məni öldürəcəyi ilə hədələyib

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bakının Sabunçu rayonunda 1985-ci il təvəllüdlü Taleh həyat yoldaşı Naziliyə (adla şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 30-da rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində baş verib.Xaçmaz rayon sakini Taleh həmin gün saat 15 radələrində yaşadıqları evlərinin həyətində həyat yoldaşı Nazilənin onunla kobud danışması səbəbindən ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə onun baş və üz nahiyələrindən bir neçə dəfə vurub.Talehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Taleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2011-ci ildə Nazilə ilə ailə həyatı qurub, bu nikahdan üç övladları olub:“Ailə qurduğumuz vaxtdan etibarən aramızda mübahisələr yaşanıb. Bunun əsas səbəbi isə tez-tez işləmək üçün xarici ölkələrə getməyim olub. Hadisədən təxminən 5 ay öncə Albaniya Respublikasına getdim. Sonra isə Nazilənin məndən boşanmaq istədiyini öyrəndim. Onu fikrindən daşındırmaq istəsəm də, alınmadı. Buna görə də onun qərarını dəyişməyim üçün evə qayıtdım. Bundan sonrakı gün, səhər saatlarında Nazilə məndən pul alaraq bazara getdi. Həmin tarixdə saat 15 radələrində evə qayıtdıqda evin həyətində olarkən gec qayıtdığı və zəngə cavab vermədiyim üçün iradlarımı bildirdim. Bu zaman Nazilə mənimlə kobud danışmağa başladı. Bu zaman aramızda mübahisə yarandı. Mübahisə zamanı qəzəblənərək əlim ilə onun baş və üz nahiyələrindən bir neçə dəfə zərbələr vurdum”.Zərərçəkmiş Nazilənin sözlərinə görə, ailə qurduqları vaxtdan etibarən aralarında mübahisələr yaşanıb: “Bunun əsas səbəbi isə Talehin tez-tez işləmək üçün xarici ölkələrə getməsi, məni qısqanması olub. Hadisədən bir neçə ay öncə o, Albaniya Respublikasına getdi. Sonra ondan boşanmaq istədiyini deyərək bunun üçün müvafiq orqana müraciət etdiyimi bildirdim. Bundan sonra o, Azərbaycana qayıtdı. Məlum hadisə günü, səhər saatlarında evdən çıxaraq bazara getdim. Həmin tarixdə saat 15 radələrində evə qayıtdım. Evin həyətində olarkən Taleh mənimlə mübahisə etməyə başladı. Ona cavab verdikdə əli ilə bir neçə dəfə üz və baş nahiyələrimdən zərbələr vurdu, məni yerdə sürüdü”. Zərərçəkmiş deyib ki, Talehin azadlığa çıxacağı təqdirdə onu öldürəcəyindən qorxur:“Çünki dəfələrlə Albaniyadan mənə və uşaqlarıma zəng edərək, məni öldürəcəyi ilə hədələyib. Axırıncı dəfə də məni sürpriz gözlədiyini, Azərbaycana qayıdaraq üzümə bıçaqla kəsik atacağını bildirdi. Mən uşaqlarımı da götürərək yaşadığım evdən gedəcəm. Buna görə mənə vaxt lazımdır, boşanmağa müraciət etmişəm. Taleh Albaniyada olduğu müddətdə uşaqlarıma və ya mənə hər hansı maddi dəstək göstərməyib, övladlarıma tək baxıram. Talehlə bir evdə yaşadığımız vaxtlar dəfələrlə məni döyüb, şiddət göstərib. Buna görə dəfələrlə hüquq-mühafizə orqanlarna müraciət etmişəm. Amma sonradan uşaqlarıma görə şikayətimi geri götürmüşəm”.Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Taleh 3 ay müddətə azadlıqdan məhrum edilib. Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
demokrat.az

1Sources