Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İspaniya Yaxın Şərqdə atəşkəs elan olunmasına etiraz edib.
“Cebheinfo.az” xəbər verir ki, İspaniyanın Baş naziri Pedro Sançez ABŞ-İsrail ilə İran arasında əldə olunan atəşkəs razılaşmasına etiraz edib.
P.Sançeç öz “X” sosial şəbəkə hesabında bildirib ki, Livan da atəşkəs razılaşmasına daxil edilməlidir.
Sançez İsrailin həyata keçirdiyi hücumların beynəlxalq hüququ pozduğunu və beynəlxalq ictimaiyyətin bu addımları qınamalı olduğunu vurğulayıb.
Baş nazir qeyd edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu hücumlar başlayandan bəri Livana qarşı ən sərt hücumu həyata keçirib.
“Onun insan həyatına və beynəlxalq hüquqa qarşı hörmətsizliyi dözülməzdir. Açıq danışmağın vaxtıdır”, – deyə Sançez bildirib.
Sançez Avropa Birliyinə də çağırış edərək İsrail ilə Assosiasiya Sazişinin dayandırılmasını istəyib.
Yunis Abdullayev
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.