Avtomobilin alt hissəsinin və asqısının yuyulması qışdan sonra, yolsuzluq şəraitində sürüşdən və yağışlı havada səfərlərdən sonra, həmçinin diaqnostika və ya satışdan əvvəl aparılmalıdır.
Sitat.info Lent.az-a istinadən xəbər verir ki, bunu avtomobil ekspertləri tövsiyə edirlər.
Onların sözlərinə görə, avtomobilin alt hissəsi və asqısının yuyulmasını qış mövsümündən sonra etmək lazımdır. Çünki kimyəvi maddələr və duz asqı elementlərində, həmçinin gizli boşluqlarda toplanaraq korroziyaya və qoruyucu örtüklərin zədələnməsinə səbəb olur. Yaz mövsümündə aparılan dərin yuma bu prosesləri dayandırmağa kömək edir.
Mütəxəssislər bildirir ki, yağışlı havalardan sonra alt hissəni yumaq mütləqdir. Çünki palçıq, qum və gil asqı hissələrinə yapışaraq silentblokların və şarnirələrin aşınmasını sürətləndirir. Uzun müddət yağış altında sürmək də zərərlidir: nəmlik yol kimyası ilə birlikdə metal üçün aqressiv mühit yaradır.
Ekspertlər yekun olaraq bildirir ki, alt hissə və asqının yuyulması estetika deyil, avtomobilin ömrünü uzadan və təmir xərclərini azaldan profilaktik tədbirdir.