EN

SOCAR və “ITOCHU” əməkdaşlığı müzakirə edilib (FOTO)

Bakı. Trend:

Aprelin 9-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)prezidenti Rövşən Nəcəf Yaponiya-Azərbaycan İqtisadi Komitəsininsədri və “ITOCHU” Korporasiyasının baş əməliyyat direktoru TetsuyaYamada ilə görüşüb.

Trend bubarədə SOCAR-a istinadən xəbər verir.

Görüşdə SOCAR ilə “ITOCHU” arasında uzun illərdir davam edənuğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, əlaqələringenişləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub.

Söhbət zamanı enerji sektorunun müxtəlif istiqamətləri, ocümlədən kəşfiyyat, hasilat və neft-kimya sahələri üzrə əməkdaşlıqimkanlarına, qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikirmübadiləsi aparılıb.

SOCAR
SOCAR
Məqalədə:
Chosen
33
az.trend.az

1Sources