EN

"Uzbekneftqaz" və SOCAR əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Bakı.Trend:

“Uzbekneftqaz” Səhmdar Cəmiyyəti və Azərbaycanın Dövlət NeftŞirkətinin (SOCAR) nümayəndələri arasında əməkdaşlığın daha dainkişaf etdirilməsinin perspektivləri müzakirə olunub.Müzakirələrdə əsas diqqət birgə layihələrin reallaşdırılmasınayönəldilib.

Trend bu barədə“Uzbekneftqaz” SC-ə istinadən xəbər verir.

Müvafiq məsələlər “Uzbekneftqgaz” SC-nin İdarə Heyətinin sədriAbduqani Sanginov ilə SOCAR-ın vitse-prezidenti Arzu Cavadovaarasında keçirilən görüşdə nəzərdən keçirilib.

Tərəflər qeyd ediblər ki, öncəki görüşdən etibarən əməkdaşlıqardıcıl şəkildə inkişaf edir və mühüm nəticələr əldə olunub.Xüsusilə, birgə fəaliyyət haqqında saziş imzalanıb, həmçinin onunhəyata keçirilməsi üçün bütün zəruri korporativ təsdiqləralınıb.

Danışıqların yekunlarına əsasən, tərəflər tərəfdaşlığın daha damöhkəmləndirilməsinə və mövcud layihələr çərçivəsində qarşılıqlıfəaliyyətin davam etdirilməsinə hazır olduqlarınıtəsdiqləyiblər.

Xatırladaq ki, 2024-cü ilin avqust ayında “Uzbekneftqaz” vəSOCAR karbohidrogen sənayesində əməkdaşlıq barədə sazişimzalayıblar. Bu sənədlə geoloji tədqiqatlara, o cümlədən seysmikkəşfiyyata və Üstyurt yaylasında karbohidrogen hasilatına hazırlıqişlərinə start verilib.

Bundan əlavə, 24 iyul 2025-ci il tarixində tərəflər məhsulun paybölgüsü (PSA) haqqında saziş bağlayıblar. Bu saziş yaxın 25 ilərzində Özbəkistanın daxili neft tələbatının tam təmin olunmasınınəzərdə tutur. Hasil edilən qaz da ölkənin daxili bazarınayönəldiləcək və sənayeni əlçatan və keyfiyyətli neft məhsulları ilətəmin edəcək.

Məqalədə:
Chosen
18
1
az.trend.az

2Sources