EN

Aston Villa kağız üzərində bizdən güclüdür Vinçentso İtalyano

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün "Aston Villa"nı qəbul edəcək "Bolonya"nın baş məşqçisi Vinçentso İtalyano mat ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Şanslar İngiltərədə dedikləri kimi "fifti-fifti"dir. Qarşımızda çətin tapşırıq var, amma nəyə qadir olduğumuzu göstərməliyik. Həm özünəinamımız, həm gücümüz, həm də səviyyəmiz var. "Aston Villa"nı yaxşı tanıyırıq. Hər matç yeni tarixdir.

İlk qarşılaşma çox önəmlidir. Uğur qazanmaq üçün hər şeyimiz var. Hər imkandan istifadə etməliyik. Turnirin səkkiz ən yaxşı komandasından biri olmaq böyük şərəfdir.

Rəqibin zəif və güclü cəhətlərini bilirik. Onlarla mövsümün əvvəlində qarşılaşmışıq, lakin indi vəziyyət başqadır. Rəqib əla oyunçulara malik səviyyəli komandadır. Onlara uduzmamaq üçün maksimum gücümüzlə mübarizə aparmalıyıq. Məqsədimiz bizi qalib görmək istəyən azarkeşlərimizin ehtirasını qidalandırmaqdır. Bilirik ki, "Aston Villa" kağız üzərində bizdən güclüdür. Bunu etiraf edirik, amma azarkeşlərimizin dəstəyi ilə istəyimizə çatmaqda israrlıyıq".

Toğrul

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
1
fanat.az

2Sources