EN

YAZIÇI - OXUCU GÖRÜŞÜ

Bu gün Yayım Assosiasiyası və Nərimanov MKS-in birgə təşkilatçılığı ilə "Ədəbi üfüqlər "  layihəsi çərçivəsində şair Samir Əfsəroğlu ilə oxucuların görüşü keçirildi.  Görüşdə oxucularla yanaşı şəhid anaları, qazilər, şairlər və digər sənət adamları iştirak edirdilər.

QHT.az xəbər verir ki, Vətən uğrunda canlarını qurban vermiş Şəhidlərimizi bir dəqiqəlik sükutla yad etdikdən sonra Yayım Assosiasiyasının sədri Yaşar Zeynalov təşkilatın məqsədi və tədbirin mahiyyəti haqqında iştirakçılara məlumat verdi.  Samir Əfsəroğlu Yayım Assosiasiyasına v oxuculara dəvətə görə təşəkkürünü bildirdi. Bundan sonra oxucular şairə suallar verdilər. Samir Əfsəroğlu oxucuların suallarını cavablandırmaqla yanaşı son illərdə qələmə aldığı şeirlərindən səsləndirdi.

Tədbir şairlə səmimi söhbət və xatirə şəkili çəkdirməklə sona çatdı. Yayım Assosiasiyasının təşkilatçılığı ilə  növbəti yazıçı - oxucu görüşünün tarixi və yeri  haqda  məlumat veriləcək.

Chosen
25
qht.az

1Sources