Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası,Türkiyə Cümhuriyyəti və Şimali Kipr Türk Cümhuriyyətiparlamentlərinin dostluq qruplarının 3-cü görüşünün iştirakçılarıilə görüşüb.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.
Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri, Şimali Kipr TürkCümhuriyyəti-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəriZiya Öztürklər və Türkiyə-Azərbaycan parlamentlərarası dostluqqrupunun rəhbəri Şamil Ayrımın rəhbərlik etdikləri nümayəndəheyətlərini salamlayan spiker Sahibə Qafarova Prezident İlhamƏliyevin "Bizim ailəmiz Türk dünyasıdır" fikrini xatırladaraq,deyib ki, ölkələrimiz və xalqlarımız arasında olan münasibətlərindaha da gücləndirilməsinə yönəlmiş addımlar da Prezident İlhamƏliyevin bu fikrini əks etdirir.
Söhbət zamanı vurğulanıb ki, bu münasibətlər xalqlarımızıntəmsilçiləri olaraq, parlamentlər səviyyəsində də uğurla davametdirilir və qanunvericilik orqanlarımızın həm ikitərəfli əsasda,həm də üçtərəfli formatda əməkdaşlıq etdikləri qeyd olunub. Bumənada Azərbaycan-Türkiyə-Şimali Kipr parlamentlərarası əlaqələrüzrə işçi qruplarının üçtərəfli formatının əhəmiyyəti vurğulanaraq,bu əməkdaşlıq formatı çərçivəsində keçirilən mütəmadi görüşlərinparlamentlərarası əməkdaşlığın inkişafına, ortaq maraqlarınmüdafiəsinə və həmrəyliyin gücləndirilməsinə xidmət etdiyi diqqətəçatdırılıb. Spiker Sahibə Qafarova qeyd edib ki, üçtərəfli formatçərçivəsində iki gün ərzində Bakıda aparılacaq müzakirələrparlamentlərimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfəverəcək.
Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya ÖztürklərAzərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi həmrəyliyə,dostluğa, qardaşlığa və dəstəyə görə təşəkkürlərini bildirərək,Azərbaycan Respublikasının Milli Məclisində Şimali Kipr ilə dostluqqrupunun yaradılmasını vacib addım kimi dəyərləndirib.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəriŞamil Ayrım dost və qardaş ölkələrimiz arasında münasibətlərinparlament müstəvisində də davam etdirilməsinin vacibliyinibildirərək, üçtərəfli formatda əlaqələrin daha da genşləndirilməsiilə bağlı fikirlərini bölüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikirmübadiləsi aparılıb.