İstanbulda İsrail konsulluğu qarşısında atışma Türkiyəyə mesaj idi.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib.
O bunun arxasında təxribat niyyətinin olduğunu vurğulayıb: "Bu cür hadisələr təsadüfi baş vermir və bu, hansısa qrupların özbaşına verdiyi qərar deyil".
AK Partiya sözçüsü əlavə edib ki, Türkiyə bu cür təxribatların və gizli planların qarşısını almaqda qətiyyətlidir.
Xatırlatma: aprelin 7-də 3 silahlı şəxs İstanbulda İsrail konsulluğunun qarşısında xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına atəş açıb. Hadisə nəticəsində 2 polis əməkdaşı yüngül xəsarət alıb, silahlılardan biri öldürülüb, ikisi isə yaralı ələ keçirilib.
Telegram kanalımız