EN

"Çelsi" baş məşqçini göndərə bilər

style='margin-bottom:10px;'>

"Çelsi" klubunda yayda baş məşqçi dəyişikliyi baş verə bilər.

QOL.az xəbər verir ki, "L’Equipe" nəşrinin məlumatına görə, "Çelsi" Çempionlar Liqasına vəsiqə qazana bilməsə, baş məşqçi Liam Rozenyor istefaya göndərilə bilər.

Hazırda "Çelsi" Çempionlar Liqası zonasından kənarda, 6-cı pillədə qərarlaşıb. Lakin bugünlərdə Premyer Liqanın 5-ci yeri də nüfuzlu turnirə vəsiqəni təmin edən mövqeyə çevrilib. Belə ki, 2025/2026-cı illər mövsümü üzrə ən yaxşı klub əmsalına malik iki ölkədən biri olmağı təmin edən İngiltərə Premyer Liqası qitənin bir nömrəli klub turnirinə əlavə vəsiqə əldə edib.

Qeyd edək ki, "Çelsi" növbəti turda "Mançester Siti" ilə üz-üzə gələcək.

Chosen
7
2
teleqraf.com

3Sources