EN

İsrailin Livana hücumları atəşkəsi pozur və danışıqları mənasız edir Pezeşkian

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

İran Prezidenti Məsud Pezeşkian İsrailin Livana hücumlarının atəşkəs razılaşmasını pozduğunu bildirib və bunun danışıqları mənasız edəcəyi barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, Pezeşkian bu barədə X sosial şəbəkəsində paylaşım edib.

O qeyd edib: “Sionist qurumunun Livana qarşı təkrarlanan təcavüzü ilkin atəşkəs razılaşmasının kobud şəkildə pozulması və aldatmanın, eləcə də potensial razılaşmalara sadiqliyin olmamasının təhlükəli göstəricisidir”.

İran Prezidenti əlavə edib: “Bu təcavüzlərin davam etməsi danışıqları mənasız edəcək, əllərimiz tətikdə qalacaq və İran heç vaxt Livanlı qardaş və bacılarını tərk etməyəcək”.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
34
1
redaktor.az

2Sources