EN

Bu küçədə hər gün tıxac var; sakinlər avtobus zolağının salınmasını təklif edir VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakının Nizami rayonunun sakinləri hər gün üzləşdikləri mənzərədən narazılıqlarını ifadə edirlər.

Avtosfer.az xəbər verir ki, Nizami rayonu Rüstəm Rüstəmov küçəsində yaranan vəziyyət artıq sakinlər üçün ciddi problemə çevrilib. Qaynar xəttə müraciət edən vətəndaş qeyd edir ki, səhər saatlarından etibarən Rüstəm Rüstəmov küçəsindəki tıxac vətəndaşların gedəcəkləri ünvana gecikmələrinə səbəb olur.

İstər Bakıxanov qəsəbəsindən, istərsə də Elşən Süleymanov küçəsindən gələn avtobuslar günün pik vaxtında uzunmüddətli tıxaclarda gözləməli olurlar. Vətəndaşın göndəridyi videoda da aydın şəkildə görünür ki, avtobusların arasına girən digər nəqliyyat vasitələri dayanacaqlara yaxınlaşmağa daha çox maneə yaradır.

Rayon sakini bu problemlərin aradan qalxması məqsədilə Nizami rayonu Rüstəm Rüstəmov küçəsində avtobus zolağının salınmasını, hərəkətin təşkilinin yenilənməsini təklif edib.

Səfər

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
52
avtosfer.az

1Sources