ain.az xəbər verir, Marja.az saytına əsaslanaraq.
"Meqa Sığorta" ASC 2025-ci ili 3 milyon 222 min manat xalis mənfəətlə başa vurub.
Şirkətin maliyyə hesabatına görə, bu, 2024-cü illə müqayisədə 18,3 % çoxdur.

Ötən il "Meqa Sığorta"nın gəlirləri 35 milyon 968 min manat (əvvəlki ilə nisbətən 1,3 % az), xərcləri 31 milyon 946 min manat (3,3 % az), mənfəət vergisi ödəmələri isə 800 min manat (17,5 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Meqa Sığorta"nın aktivləri 57 milyon 472 min manat olub ki, bu da illik müqayisədə 1,6 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 1,4 % artaraq 27 milyon 737 min manata, balans kapitalı isə 1,8 % artaraq 29 milyon 734 min manata çatıb.
Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19 %-i Rauf Əliyevə ("Rabitəbank" ASC-nin 38,6 %-lik səhmdarı), 19 %-i Nəzakət İsmayılovaya, 19 %-i Zaur Quliyevə, 14 %-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10 %-i Zeynal Əliyevə, 10 %-i Faiq Şahəliyevə, 9 %-i isə Yaşar Əliyevə məxsusdur.
İş elanları AzVak.az-da
© "Report"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.