ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) aviaşirkətlərə Yaxın Şərqdəki münaqişə zonası üzərində uçuşları yerinə yetirməmək barədə tövsiyənin müddətini aprelin 24-dək uzadıb.
Oxu.Az xəbər verir ki, bu barədə tənzimləyici orqanın rəsmi saytında məlumat verilib.
Yüksək hazırlıq rejimi Bəhreyn, İran, İraq, İsrail, İordaniya, Küveyt, Livan, Oman, Qətər, BƏƏ və Səudiyyə Ərəbistanının hava məkanlarına şamil edilir.
Əvvəlki tövsiyə aprelin 10-a qədər qüvvədə idi.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.