EN

Rusiya ordusu iki istiqamətdə mövqelərini genişləndirdi

BAKI, 9 aprel. TELEQRAF

Rusiya hərbi qüvvələri Xarkov və Donetsk vilayətləri istiqamətlərində irəliləyiş əldə edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq qrupu məlumat yayıb.

Bildirilib ki, Rusiya qüvvələri, xüsusilə Kupyansk şəhərinin cənub-şərqində yerləşən Pesçane kəndi yaxınlığında irəliləyərək yaşayış məntəqəsinin bir hissəsini nəzarətə götürüb.

"Eyni zamanda, rusların Mirnoqrad şəhərinin şimalında yerləşən Rodinsk ərazisində də irəlilədiyi qeyd olunub. Yenilənmiş xəritəyə əsasən, Rusiya qüvvələri şəhərin şimal hissəsində müəyyən əraziləri ələ keçirib", - məlumatda qeyd edilib.

Chosen
30
1
teleqraf.com

2Sources