EN

Rusiya “Buşer” layihəsinin bərpası imkanını nəzərdən keçirir

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Moskva, 9 aprel, AZƏRTAC

Rusiya İran tərəfinin müraciəti ilə “Buşer” atom elektrik stansiyası layihəsinin bərpası imkanını nəzərdən keçirir.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə “Rosatom”un rəhbəri Aleksey Lixaçev bildirib.

Onun sözlərinə görə, İran tərəfi layihənin mümkün qədər tez yenidən işə salınması xahişi ilə müraciət edib: “İranın atom sənayesinin rəhbəri, bu ölkənin vitse-prezidenti layihəni mümkün qədər tez yenidən işə salmağın, işə başlamağın mümkün yollarının axtarılması xahişi ilə mənə müraciət edib. Mənəvi cəhətdən buna hazırıq. Aydındır ki, mövcud şərait hələlik buna imkan vermir, lakin fikrimcə, İranın atom sənayesindən gələn belə bir siqnal müəyyən nikbinlik yaradır”.

Lixaçev əlavə edib ki, hazırda “Buşer” AES-də təxminən 128 rusiyalı mütəxəssis qalır, həmçinin onların təxliyə edilməsinin növbəti mərhələsi planlaşdırılır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
1
azertag.az

2Sources