EN

“BDU könüllüləri”nin baş katibi: Güclü ailə modeli cəmiyyətin əsasını təşkil edir

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 9 aprel, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Dövlət Universiteti, “BDU könüllüləri” təşkilatı və “Ailəm könüllüləri”nin birgə təşkilatçılığı ilə “Ailə: Dəyərlər və ənənələr” mövzusunda görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.

BDU-nun əməkdaşı, “BDU könüllüləri” təşkilatının baş katibi Qasım Xəlilov çıxış edərək güclü ailə modelinin cəmiyyətin əsasını təşkil etdiyini bildirib.

Komitənin əməkdaşı Rafiq Mahmudov ümumən dünyada, o cümlədən ölkədə nikah və boşanma hallarına dair statistik göstəricilərə toxunaraq, gənclər arasında ailə dəyərlərinin təbliğinin vacibliyindən bəhs edib. Diqqətə çatdırıb ki, evlilik təkcə hüquqi münasibət deyil, həm də insanın düşüncə və davranış tərzində dəyişiklik tələb edən mühüm həyat mərhələsidir.

Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov iştirakçılara ənənənin mahiyyətini izah edərək sağlam ailənin təməlində milli ənənələrə bağlılıq və dəyərlərin qorunmasının xüsusi yer tutduğunu deyib. Vurğulayıb ki, ailə institutunda ənənəyə sadiqlik vacibdir, lakin innovasiyaya, inkişafa da yer verilməlidir. Ənənə və dəyərlər nəsildən-nəslə ötürülərək cəmiyyətin bütövlüyünü təmin edir.

Görüş müzakirələrlə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
51
azertag.az

1Sources