9 aprel 2026-cı il tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə ABADA, beynəlxalq avtomobil daşıyıcıları və logistika şirkətləri arasında CMR sığortası mövzusunda görüş keçirilmişdir.
Görüşdə ABADA-nın Prezidenti Həbib Həsənov işdirak etmişdir.
CMR sığortasının Asərbaycanda tətbiqinin hazırki vəziyyəti və inkişaf imkanları, əhəmiyyəti, daşıyıcının yükə görə üçüncü şəxslər qarşısında məsuliyyətinin təmini, sahibkarın yük təhlükəsizliyinin qorunması, dövlətin vergi və ticarət nəzarətinin gücləndirilməsi barədə məsələlər üzrə cənab Həbib Həsənov görüşdə məruzə ilə çıxış etmişdir.


