EN

Vaşinqtonla danışıqlar üçün o da Pakistana göndərilir

İranın Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi Məhəmməd Baqer Zolqadr ABŞ ilə Pakistanda keçiriləcək danışıqlarda iştirak edəcək İran nümayəndə heyətinin tərkibinə daxil olacaq.

Publika.az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bundan əlavə, Tehranı danışıqlarda İslam Respublikası parlamentinin sədri Məhəmməd Baqer Qalibaf, xarici işlər naziri Abbas Araqçı və xarici işlər nazirinin müavini Məcid Taxt-Ravançi təmsil edəcəklər.

Aprelin 9-da İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə bildirib ki, ABŞ ilə planlaşdırılan danışıqlarda İran nümayəndə heyətinin tərkibi Amerika tərəfini kimin təmsil edəcəyindən asılı olacaq.

Bundan əvvəl Vaşinqton və Tehran iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Neft qiymətləri bu xəbərə kəskin enişlə reaksiya verib — kotirovkalar bir anda 16%-dən çox ucuzlaşıb. İqtisadçılar neftin qiymətinin düşməkdə davam edəcəyini və yaxın iki ayda "Brent" markalı neftin bir barrelinin 70-75 dollara qədər geriləyəcəyini gözləyirlə

Chosen
1
1
publika.az

6Sources