EN

Prokurorluq orqanlarında hansı yeniliklər tətbiq qolunur?VİDEO

"Vətəndaşlar tərəfindən prokurorluğa daxil olan bütün müraciətlər dəqiqliklə araşdırılır".

Bunu "Xəzər Xəbər"ə müsahibəsində Baş prokurorluğun sənəd dövriyyəsinin təşkili şöbəsinin rəisi İsmayıl Ağayev  deyib.

O bildirib ki, vətəndaşların prokurorluq orqanlarına rahat və operativ şəkildə müraciət etməsi üçün bır sıra vasitələr var.

Şöbə rəisi onu da qeyd edib ki, prokurorluq orqanlarına daxil olmuş müraciətlərə baxılması işi müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir. Daxil olmuş hər bir müraciət qəbul edilir, yoxlanılır, qeydiyyata alınır və qanunvericiliklə müəyyən edilmiş qaydada baxılır. Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin mütəxəssisləri müraciətlərin qəbulunu daxilolma vasitələri üzrə buna uyğun qaydada həyata keçirirlər.

Prokurorluq orqanlarında rəqəmsallaşmanın genişləndirilməsi, sənəd dövriyyəsinin sürətləndirilməsi məqsədilə artıq 3 ildir Elektron Prokurorluq İnformasiya Sistemi vasitəsilə kağızsız sənəd dövriyyəsinin tətbiqinə başlanılıb.

Qanunvericilikdə göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
26
1
xezerxeber.az

2Sources