EN

Belə sübutlar məhkəmədə işə yaramır Vəkil

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Məhkəmələrdə sübutların qəbulu işin düzgün qiymətləndirilməsi üçün əsas şərtdir. Lakin hər sübut qəbul olunmur. Qanunla müəyyən olunmamış, gecikmiş, saxta və ya formaya uyğun təqdim edilməyən sübutlar rədd edilə bilər. Sübutların vaxtında və düzgün təqdim olunmaması işin nəticəsinə birbaşa təsir göstərir, iddiaların əsaslandırılmasını zəiflədir və tərəflərin hüquqlarının tam təmin olunmasına mane olur. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Cavanşir Qasımzadə bildirib ki, sübutların təqdim edilməsi məsələsində cinayət, inzibati və mülki prosessual qanunvericilikdə fərqli qaydalar nəzərdə tutulub. "Adətən məhdudiyyətləri mülki qanunvericilikdə görürük. Cinayət və inzibati qanunvericilikdə isə sübutların təqdim edilməsində hər hansı məhdudiyyət yoxdur. Prosesin istənilən mərhələsində sübut təqdim etmək mümkündür. Məhdudiyyət yalnız bundan ibarətdir ki, sübutlar qanunsuz yolla əldə olunmasın. Mülki prosessual məcəlləyə əsasən isə sübutların təqdim edilməsində müəyyən məhdudiyyətlər var. Belə ki, qanunsuz əldə olunmuş sübutlar təqdim edilə və ya qəbul edilə bilməz. Əsas məsələ isə budur ki, mülki prosessualda sübutlar hazırlıq iclası mərhələsinə, yəni baxışa qədər təqdim edilməlidir".Vəkil bildirib ki, əgər sübutlar hazırlıq iclasında təqdim edilməyibsə, baxış mərhələsində yalnız onda qəbul olunur ki, tərəf sübut etsin ki, niyə bunu hazırlıq mərhələsində təqdim edə bilməyib. "Yəni təqdim edilməməsinin səbəbi üzrlü olmalıdır. Yalnız bu halda baxış mərhələsində sübutlar qəbul edilə bilər. Başqa sözlə, şəxs baxış mərhələsində sübutları təqdim edirsə, sübut etməlidir ki, bu sübutlar ona yeni çatıb, yəni ya yeni əldə olunub, ya da hazırlıq mərhələsində verilməsi qeyri-mümkün olub və ya üzrlü səbəbdən təqdim edə bilməyib".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
40
demokrat.az

1Sources