EN

 Bakıda subasmalar olan yerlərdə evlər ucuzlaşır...

Mart və aprel aylarında Bakıda 1988- ci ildən bəri olmayan intensiv leysan yağışlar yağdı. Bu Bakının Keşlə, Zabrat, Maştağa, Ramanı, Mərdəkan, Zığ qəsəbələrində  həyətyanı  evlərə  böyük ziyan  vurdu.

Çətin vəziyyətdə olan sakinlər  aidiyyəti qurumlar tərəfindən təxliyyə olundular. Xoşbəxtlikdən  təbii fəlakət zamanı ölən və ağır xəsarət alanlar olmadı.Hələ də subasmış evlərdən  su təmizlənməyib. Nasoslar işləsə də, su çəkilsə də problemlər tam şəkildə həllini tapmayıb.Və uzun müddət həmin sakinlər  bu çətinlikdən  canlarını xilas edə bilməyəcəklər. Ona görə də, bir çoxları evlərini tərk edib ya qohumlarıgilə , ya da başqa bir ünvana  sığınıblar.

Əmlak məsələləri üzrə ekspert Vahid Məhərrəmov deyir ki, su basmış yerlərdə böyük ehtimalla evlər 30-40 faiz ucuzlaşacaq! Bu proses uzun müddət davam edəcək. Bununla yanaşı, gələcəkdə  bir çox insanlar mərkəzi  kanalizasiya sistemi olmayan çökək yerlərdən ev almayacaq. Üstəlik də belə  evlərin bir çoxunun çıxarışı yoxdur. Məhz bu amil də həmin yerlərdə evlərin daha da aşağı  qiymətə olmasına şərait yaradacaq. Ona görə də mənzil alanda  çıxarışı olmaqla  təhlükəsiz  yerlərdən  ev almaq lazımdır!!!

Emil FAİQOĞLU  

Chosen
21
1
adalet.az

2Sources