EN

Tramp Netanyahuya mesaj göndərdi: bombardmanları azalt!

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahuya çağırış edib.

Musavat.com xəbər verir ki, NBC News-un ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, Tramp Netanyahuya Livandakı bombardmanları zəiflətməyi xahiş edib.

Məlumata əsasən, bu addım ABŞ ilə İran arasında davam edən danışıqlara zərər gəlməsinin qarşısını almaq məqsədi daşıyır. Vaşinqton hesab edir ki, İsrailin Livanda intensiv hücumları regionda gərginliyi artıraraq diplomatik prosesi risk altına sala bilər.

Qeyd olunur ki, hazırda ABŞ administrasiyası İranla mümkün razılaşma üzərində işləyir və bu mərhələdə hərbi eskalasiya danışıqların iflasına səbəb ola bilər.

Musavat.com

Chosen
31
50
musavat.com

10Sources