EN

Paşinyandan Moskvaya Astana mesajı

Ermənistanın Baş naziri Nikol Paşinyan respublikanın dəmir yollarının Rusiyanın konsessiya idarəçiliyində olan taleyini Qazaxıstan nümayəndə heyəti ilə müzakirə etmək ehtimalını istisna etməyib.

Publika.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Mətbuat konfransı zamanı Paşinyandan Ermənistan dəmir yolu şəbəkəsinin gələcək idarəçiliyi ilə bağlı danışıqları hansı istiqamətlərdə aparmağı planlaşdırdığı soruşulub. Respublika hökumətinin başçısı bu məsələni Astana ilə də müzakirə etməyə hazır olduğunu bildirib.

"Bəli, mümkündür ki, bu məsələni Qazaxıstan nümayəndə heyəti ilə də müzakirə edək", — deyə o təsdiqləyib.

Paşinyan vurğulayıb ki, İrəvan bununla belə Moskva ilə dialoqa hələ də açıqdır və "bu istiqamətdə işlər davam etdiriləcək". Onun sözlərinə görə, dəmir yollarının mövcud idarəetmə sxemi ilə Ermənistan strateji və rəqabət üstünlüklərini itirir.

Chosen
33
publika.az

1Sources